Fənərbaxça azarkeşlərinə ŞAD XƏBƏR: "Qol maşını" gəlir - FOTO

Türkiyənin nəhəng klublarından "Fənərbaxça" yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün diqqətçəkən addım atıb.

Fənərbaxça azarkeşlərinə ŞAD XƏBƏR: "Qol maşını" gəlir - FOTO

Qezet.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın Borussiya Dortmund klubunda çıxış edən hücumçu Serhou Guirassyni transfer siyahısına daxil edib və artıq rəsmi danışıqlara start verib.

Klub rəhbərliyinin qvineyalı forvardı heyətə cəlb etməkdə ciddi olduğu bildirilir. İddialara görə, 30 yaşlı futbolçu da “Fənərbaxça”ya keçidə müsbət yanaşır və tərəflər arasında ilkin razılıq istiqamətində irəliləyiş var.

Qeyd olunur ki, transfer dosyesi yeni seçiləcək rəhbərliyə təqdim olunacaq və yekun qərar seçkidən sonra veriləcək.

Cari mövsümdə “Borussiya Dortmund” forması ilə 44 oyuna çıxan Guirassy 20 qol və 6 məhsuldar ötürmə ilə diqqət çəkib. Təxminən 40 milyon avro bazar dəyərinə malik futbolçunun klubu ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 1
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0