Bu marşrutlar üzrə yeni avtobuslar 50 qəpik gedişhaqqı ilə işləyəcək
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə daha 2 müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edir.
AYNA-dan verilən məlumata görə, fevralın 1-dən Bakıxanov dəmiryol stansiyasını metronun “Neftçilər” stansiyası ilə əlaqələndirən 76 nömrəli və “Qara Qarayev” stansiyası ilə əlaqələndirən 78 nömrəli şəhərdaxili marşrutlar üzrə müasir avtobuslar fəaliyyət göstərəcək.
⚡️📲Təcili xəbərlər üçün bizi WhatsApp kanalından izlə
Bildirilib ki, avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək.
Gedişhaqqı 0,50 AZN müəyyən edilib.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


