İngiltərə təmsilçisi "Qarabağ" azarkeşlərinə neçə yer ayıracaq?
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl Yunayted"-"Qarabağ" oyununda təmsilçimizin azarkeşləri üçün ayrılan biletlərin sayı açıqlanıb.
Bu barədə Qezet.Az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İngiltərədə keçiriləcək matçda "Qarabağ"ı dəstəkləmək üçün 2 466 bilet ayrılıb. Azarkeşlər bu oyun üçün biletləri bu gün saat 15:00-da iTicket.az saytından əldə edə bilərlər.
Qeyd edək ki, "Qarabağ" və "Nyukasl Yunayted" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


