Kamilo Durana İngiltərədən yeni elçi - SON DƏQİQƏ

Kamilo Durana İngiltərədən yeni elçi - SON DƏQİQƏ

"Qarabağ"ın hücumçusu Kamilo Duran bu mövsüm Çempionlar Liqasındakı çıxışı ilə real müştərilərinin sıralarını genişləndirib.

qezet.az -a istinadən xəbər verir ki, kolumbiyalı futbolçuya maraq göstərənlərin siyahısına Çempionşipdən "Hall Siti" də öz adını əlavə edib.

Türkiyəli iş adamı Acun İlcalının sahibi olduğu klubun nümayəndələri 24 yaşlı forvardın meneceri ilə əlaqə saxlayıb, mümkün transfer şərtlərini öyrəniblər.

Xatırladaq ki, "Qarabağ" ötən yayda Kamilo Duranı Portuqaliyanın 2-ci Liqa təmsilçisi "Portimonensi"dən cəmi 200 min avroya transfer edib. Cənubi amerikalı cari mövsüm ÇL-də 5 qolla yadda qalıb. O, "Ayntraxt Frankfurt" (2 qol), "Ayaks", "Benfika" və "Nyukasl"ın qapısına yol tapıb. Hücumçunun Ağdam təmsilçisi ilə müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0