MADO Azərbaycan işçi axtarır - VAKANSİYA

MADO Azərbaycan işçi axtarır - VAKANSİYA

Mado Azərbaycan

Restoran Meneceri (Gəncə şəhəri)

Son tarix 08 may 2026 - hr@mado.az

Vəzifə öhdəlikləri: 

Restoranın fasiləsiz fəaliyyətinin təşkili 

Müştəri məmnuniyyətini təmin etmək

Standartların tələblərinə riayət edilməsinə nəzarət 

Məhsulların keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə nəzarət 

Restorandakı bütün mətbəx avadanlıqlarının təmizlik və gigiyena standartlarına uyğun olmasının təmin edilməsi 

İşçi heyətinin seçilməsi, təlimatlandırılması

İş bölgüsünün düzgün aparılmasına nəzarət

İşçi heyəti arasında daxili-nizam intizam qaydasına əməl olunmasına nəzarət etmək 

Heyətin davamiyyət cədvəllərinin tərtibi və nəzarət

İş yerində qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına əməl olunmasına nəzarət.

Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin etmək.  

Kassa əməliyyatlarına nəzarət

Anbar sayımlarına nəzarət

Namizədə dair tələblər: 

Təhsil: Ali təhsil 

İş təcrübəsi : Restoran sahəsində menecer vəzifəsində minumum 3 il iş təcrübəsi 

Yüksək səviyyədə ünsiyyət qurabilmə və təşkilatçılıq qabiliyyəti 

Detallara diqqət etmək bacarığı 

Əmək intizamına riayət etmək 

Kollektivdə işləmək bacarığı; 

MADO konseptinə uyğun restoranlarda iş təcrübəsi

Kompüter bilikləri: MS Office 

Dil bilikləri: Rus dili və ya İngilis dili arzuolunandır

Bakı şəhərinə ezamiyyətlərə hazır olmalıdır

İş şəraiti: 

İş qrafiki: 6 günlük dəyişkən iş qrafiki 

İstirahət günü: həftədə 1 gün 

Nahar şirkət tərəfindən verilir

Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə əsasən rəsmiləşdirilmə 

Əmək haqqı: müsahibə əsasında

Qeyd: Tələblərə uyğun gələn namizədlərdən mövzu yerinə “Restoran meneceri” yazıb Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına CV göndərməsi xahiş olunur.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0