Mbappe rekorda imza atdı
Madrid "Real"ının hücumçusu Kilian Mbappe İspaniya çempionatının 33-cü turunda "Alaves"lə matçda (2:1) fərqlənərək yeni şəxsi göstəriciyə imza atıb.
Qezet.az a istinadən bildirir ki, fransalı forvard görüşün 30-cu dəqiqəsində cərimə meydançasından kənardan zərbə ilə hesabı açıb - top rikoşetdən sonra qapı toruna daxil olub. Bu qol Mbappenin 2025/2026 mövsümündə bütün turnirlərdə uzaq məsafədən vurduğu artıq səkkizinci qol olub.
Bununla da o, nəinki şəxsi rekordunu yeniləyib, həm də Avropanın top-5 liqalarında çıxış edən futbolçular arasında bu göstəricidə liderə çevrilib.
Qeyd edək ki, Mbappe cari mövsümdə Madrid klubunun heyətində bütün turnirlərdə 40 oyuna çıxıb, 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
1
Bəyənməmək
0
Sevgi
1
Gülməli
1
Qəzəbli
0
Kədərli
0
Vay
0


