Qarabağ ın müdafiəçisinin zədəsi barədə AÇIQLAMA
"Qarabağ"ın müdafiəçisinin zədəsi barədə AÇIQLAMA
Misli Premyer Liqasının XVII turunda "Kəpəz"lə (0:2) oyunda zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun vəziyyəti məlum olub.
Bu barədə Qezet.Az-a klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.
"Bədavi ilə bağlı ciddi problem yoxdur. Həkimlər hər şeyin qaydasında olduğunu deyiblər", - deyə A.Hacıyev qeyd edib.
Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin son turunda qarşılaşacağı rəqibi "Liverpul"la oyun üçün bu gün saat 15:00-da İngiltərəyə yollanacaq. "Liverpul" - "Qarabağ" oyunu yanvarın 29-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


