"Qarabağ"dan getmək istədi - Ondan gözlənilməz qərar
"Qarabağ"ın qapıçısı Mateuş Koxalski bu qış transfer pəncərəsi dövründə komandadan ayrılmaq istəyib.
Qezet.az xəbər verir ki, bu barədə polşalı ölkəsinin "Przegladsportowy.onet.pl" saytına müsahibəsində bildirib.
Onun sözlərinə görə, klubun rəhbərliyi bu keçidə icazə verməyib. Həmin klub Polşa "Vidzev"i olub.
25 yaşlı kiper təsdiq edib ki, belə bir təklif olub. Hətta özü də “Vidzev”in təklifinə razılaşıb. O, bu gözlənilməz qərarı şəxsi səbəblərə görə verdiyini bildirib:
- Bakıda idman baxımından hər şey yaxşıdır. İnkişaf etdiyimi hiss edirəm və Çempionlar Liqasında oynayıram. Bu, özünü göstərmək üçün ideal yerdir. Amma bir məsələ var ki, heç kim bilmir, çünki mən özüm bu barədə danışmamışam. Məşqdən və ya oyundan sonra evə qayıdıram və tək qalıram. Yaxınlarımdan uzaqda. Futbol mənim üçün çox vacibdir. Bu, aydındır. Amma mən həmişə ailəni və yaxınlarımı birinci yerə qoymuşam və qoyacağam. Nişanlım indi daha tez-tez yanımda olur. Amma o, Polşaya qayıdanda (qiyabi təhsil alır) tək qalmaq mənim üçün çətin olur. Bunun elə görünməsini istəmirəm ki, guya özümü qurban verirəm. Ümid edirəm insanlar bunu başa düşəcək. Mən ailə adamıyam və bu ayrılıq psixoloji durumuma ciddi təsir edir. Məhz buna görə “Vidzev”in təklifini qəbul etmişdim.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


