Qarabağ”la birillik müqavilə şərtlərini razılaşdırdı
Şahruddin Məhəmmədəliyevin «Qarabağ»dakı aqibətinə aydınlıq gəlib
Millimizin qapıçısı gələn mövsümü də burada keçirəcək.
2024-cü ilin yayında «Adana Demirspor»dan bura qayıtmış kiperlə aparılan danışıqlar tez yekunlaşıb.
1994-cü il təvəllüdlü «əlcək sahibi» ilə müqavilənin 1 il müddətinə uzadılması razılaşdırılıb.
«Şah» ləqəbli qapıçı zədə səbəbindən cari mövsümün əsas hissəsini buraxıb. Sezonun gedişində iki dəfə ağır xəsarət alan və əməliyyat olunan Dağıstan kökənli kiper indi-indi özünə gəlir.
Qurban Qurbanovun onunla əlaqəli mövqeyi anlaşılandır. Almaniya pasportu daşıyan xorvatiyalı Fabiyan Buntiçlə polşalı Mateuş Koxalskinin bu yay «Qarabağ»ı tərk etməsi gözlənilir.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


