Qida təhlükəsizliyi ilə bağlı yeni dövlət proqramı hazırlanıb

Qida təhlükəsizliyi ilə bağlı yeni dövlət proqramı hazırlanıb

Növbəti dövr üçün qida təhlükəsizliyinin təmin edilməsinə dair yeni dövlət proqramı hazırlanıb".

Qezet.Az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əziz Şərifov 2025-ci için yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.

"Növbəti dövr üçün yeni dövlət proqramı hazırlanır. "Bitki sağlamlığı haqqında" qanun layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir. "Heyvan sağlamlığı haqqında" qanun layihəsi hazırlanaraq hüquqi ekspertizadan keçirilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində mövcud normativ bazaya dəyişikliklər edilib, 10-a yaxın yeni sanitariya norma və qaydalar hazırlanıb. 1994-cü ildən bəri istifadə olunan xüsusi həssas qruplar üçün normalar yenilənib və Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə tibb, təhsil və sosial müəssisələrdə istifadə üçün təsdiq edilib"

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0