Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Qiyməti artdıqca müştərisi artan biznes - Yeni başlayan ayda 5-12 min qazanır

Bu gün dünya üzrə qızılın qiyməti yüksəlməkdə davam edir. Bu yüksəliş qızılı yenidən ən etibarlı dəyər saxlama vasitələrindən biri kimi qiymətləndirilir. Qızıl təkcə zinət əşyası deyil, həm də mühüm maliyyə və investisiya aləti kimi qəbul olunur. Bu səbəbdən qızıl mağazası biznesinə maraq artıb. Lakin belə bir mağaza açmaq təkcə satışla bitmir. Bu sahədə düzgün qiymət siyasəti aparmaq, bazarı daim izləmək, müştəri etimadını qorumaq və hesablamaları dəqiq aparmaq vacibdir. Qiyməti tez-tez dəyişən məhsulla işləmək sahibkardan diqqət və məsuliyyət tələb edir.

Qezet.az-ın müsahibi “Qızıl Bloger” mağazasının sahibi Bəxtiyar Eminovdur.

O, qızıl biznesinin real tərəfləri, bu sahəyə başlamaq istəyənlərin bilməli olduğu məqamlar və bazarda uzunmüddətli fəaliyyət üçün vacib şərtlər barədə danışıb. Məqsəd qızıl biznesinə maraq göstərənlər üçün daha aydın təsəvvür yaratmaqdır.

- Azərbaycanda qızıl mağazası açmaq üçün nə qədər maliyyəmiz olmalıdır?

- İlk olaraq onu qeyd edim ki, qızıl işinə başlamaq istəyən şəxsin bu sahədən anlayışı olmalıdır. Bu, işə başlamaq üçün əsas məqamlardan biridir. Əgər anlayışı yoxdursa, kapital təbii ki, çox olmalıdır. Yəqin ki, 150.000-200.000 manat civarında kapital tələb olunur. Əgər bu işdən anlayışı varsa, o zaman daha az məbləğlə başlamaq mümkündür. Təxminən işi bilən biri üçün 50.000-100.000 manat civarında məbləğ kifayət edə bilər. Şəxs yavaş-yavaş müştəri topladıqca, işi irəlilədikcə bazarda hansı modellərin daha çox tələb olunduğunu öyrənəcək və mərhələli şəkildə işini böyüdə biləcək.

- Bu sahəyə girişdə ən böyük risklər nələrdir?

- Ən böyük risk şəxsin iş barədə məlumatının olmamasıdır. Əgər bu sahə ilə bağlı məlumat yoxdursa, qızıl əvəzinə başqa metal almaq riski var. Bu sahədə çalışan şəxs qızılı tanımalı və onu necə müəyyən etməli olduğunu bilməlidir. Digər bir risk isə nisyə satışdır. Qızıl mübadilə vasitəsi sayıldığından, nisyə verilərsə, çox güman ki, 50 müştəridən 40-ı borcu qaytara bilməyəcək. Nəticədə vəsait itirilə bilər. Bütün bunları bilən şəxs üçün isə demək olar ki, risk yoxdur.

Bu gün dünya üzrə qızılın qiyməti yüksəlməkdə davam edir. Bu yüksəliş qızılı yenidən ən etibarlı dəyər saxlama vasitələrindən biri kimi qiymətləndirilir. Qızıl təkcə zinət əşyası deyil, həm də mühüm maliyyə və investisiya aləti kimi qəbul olunur. Bu səbəbdən qızıl mağazası biznesinə maraq artıb. Lakin belə bir mağaza açmaq təkcə satışla bitmir. Bu sahədə düzgün qiymət siyasəti aparmaq, bazarı daim izləmək, müştəri etimadını qorumaq və hesablamaları dəqiq aparmaq vacibdir. Qiyməti tez-tez dəyişən məhsulla işləmək sahibkardan diqqət və məsuliyyət tələb edir.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0