Türkiyənin turizm gəliri rekord həddə çatıb
Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 6.8% çoxdur.
Qezet.Az xəbər verir ki, bu barədə "Dünya" qəzeti ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya istinadən xəbər yayıb.
"Ölkəmizin 2025-ci il üçün turizm gəlirləri 65.23 milyard dollar qiymətləndirilir və 2026-cı il üçün hədəf 68 milyard dollardır. Keçən il Türkiyəyə 64 milyon turist səfər edib", - deyə nazir bildirib.
Mehmet Nuri Ersoy xatırladıb ki, BMT-nin turizmlə bağlı hesabatlarına görə, Türkiyə 2017-ci ildə ən çox turist qəbul edən ölkələr arasında qlobal miqyasda səkkizinci yerdə qərarlaşmışdı, 2024-cü ilə qədər isə ölkə dördüncü yerə yüksəlib.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


