Yaşlı valideynə baxan şəxs müavinət ala bilərmi? — ŞƏRTLƏR VAR

Yaşlı valideynə baxan şəxs müavinət ala bilərmi?   — ŞƏRTLƏR VAR

Yaşlı valideynə qulluq edən şəxslərin dövlət tərəfindən ödəniş alması məsələsi tez-tez müzakirə olunur. Lakin mütəxəssislər bildirir ki, bu hüquq hər kəsə şamil edilmir.

Qezet.az xəbər  verir  ki,əgər yaşlı şəxsin əlilliyi yoxdursa, ona baxan şəxs müavinət ala bilməz. Yalnız o halda ödəniş mümkündür ki, həmin şəxsə rəsmi şəkildə əlillik təyin olunsun və onun kənar qulluğa ehtiyacı olduğu təsdiqlənsin.

Əlillik təyin edilərkən qiymətləndirmə kompleks şəkildə aparılır. Bu zaman şəxsin sağlamlıq vəziyyəti ilə yanaşı, gündəlik həyatda başqasının köməyinə ehtiyacının olub-olmaması da müəyyən edilir. Əgər rəsmi sənəddə kənar qulluğa ehtiyac olduğu qeyd olunarsa, həmin şəxsə dövlət tərəfindən əlavə ödəniş – prezident təqaüdü formasında müavinət verilə bilər.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0