Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq
Qezet.Az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sözügedən məsələyə hər il baxılacaq.
O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əməkhaqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:
Əhaliyə şad xəbər: 700 mindən çox vətəndaşın maaşı artacaq
"Bu, minimum əməkhaqqında artımların dövrliyini təmin etmək baxımından vacibdir. Əksər inkişaf etmiş ölkələrdə minimum əməkhaqqı ilə bağlı artımlarda dövrlik mövcuddur. Bu praktika Azərbaycan qanunvericiliyinə də tətbiq ediləcək. Qanuna dəyişiklik layihəsi təsdiqləndikdən sonra artımlarla bağlı müvafiq sərəncam və qərarlar veriləcək. Bu, minimum əməkhaqqı ilə ortaaylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq. Minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan yaradacaq. Həmçinin Vahid Tarif Cədvəli ilə maaş alan vətəndaşların əməkhaqqına da təsir göstərəcək. Yeni dəyişikliklər 700 mindən çox şəxsin əməkhaqqında artıma səbəb olacaq".
Paylaş
Reaksiyanız necədir?
Bəyən
1
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


