AFFA 3 komandanı cəzalandırdı
AFFA İntizam Komitəsi üç komandaya texniki məğlubiyyət verib.
Qezet.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
U-14 Liqasında baş tutan "Yasamal Bakı" - "Mübariz" FA qarşılaşmasında meydan sahiblərinin heyətində protokolda adı olmayan futbolçuların iştirakı aşkarlanıb. Bu səbəbdən paytaxt təmsilçisinin nəticəsi ləğv olunub və komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.
Eyni liqada keçirilməli olan "European Football Academy" - "Young Pro" oyunu qonaqların meydana çıxmaqdan imtina etməsi səbəbindən baş tutmayıb. Nəticədə "Young Pro" kollektivi texniki məğlubiyyət alıb.
"Liman" UFK - "Araz Bakı" matçında Liman təmsilçisinin heyətində cəzalı futbolçu Elşad Qafarlının meydana çıxdığı müəyyənləşib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyətlə üzləşib.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


