Baku Steel Company işçilər axtarır - VAKANSİYALAR
Baku Steel Company CJSC
Hesabatlılıq və təhlil üzrə aparıcı mütəxəssis
Son tarix 17 mar 2026 - Müraciət et
İşin qısa təsviri
Müəssisə və törəmə müəssisələrin maliyyə və mühasibatlıq əməliyyatlarının təhlilində iştirak etmək, maliyyə hesabatlarının hazırlanması və IFRS standartlarına uyğunluğunun təmin edilməsinə dəstək göstərmək;
Öhdəliklər və məsuliyyətlər
Aylıq, rüblük və illik daxili maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi;
Maliyyə hesabatlarının IFRS standartlarına uyğun tərtibində iştirak;
İstehsal məlumatlarının yoxlanılması və uçot qeydlərində düzgün əks olunmasına nəzarət;
İstehsal maya dəyərinin, məhsul üzrə rentabelliyin və xərc strukturunun təhlili;
Konsolidə olunmuş maliyyə hesabatlarının hazırlanması prosesində iştirak;
Xarici audit prosesində iştirak və auditor sorğularının cavablandırılması;
Maliyyə göstəricilərinin təhlili və rəhbərliyə analitik dəstəyin göstərilməsi;
Tələblər
Təhsil
Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə
Maliyyə sahəsində minimum 2 il iş təcrübəsi;
İstehsal sektorunda təcrübə üstünlükdür;
Texniki biliklər
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
IFRS bilikləri;
Yüksək səviyyədə Excel bacarığı;
SAP (FI, CO modulları) üzrə biliklərə üstünlük verilir;
Power BI ilə işləmə bacarığı;
Sertifikatlar
ACCA, CPA və ya ekvivalent beynəlxalq sertifikatlar arzuolunandır;
Dil bilikləri
Azərbaycan dili – ana dili;
İngilis və rus dili – arzuolunandır;
Şəxsi keyfiyyətlər
Analitik düşünmə qabiliyyəti;
Detallara diqqət;
Yüksək məsuliyyətlilik;
Komanda ilə işləmə bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maliyyə departamentində Baş mütəxəssis
Son tarix 17 mar 2026 Müraciət et
İşin qısa təsviri:
Şirkətin maliyyə hesabatlarının düzgün, şəffaf və vaxtında hazırlanmasını təmin etmək, istehsal fəaliyyətinin maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə analitik dəstək göstərmək.
Əsas vəzifə və məsuliyyətlər:
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
Mənfəət və zərər hesabatı, balans və pul vəsaitlərinin hərəkəti hesabatlarının tərtibi və təhlili;
IFRS və ya milli uçot standartlarına uyğun uçot siyasətinin tətbiqinə nəzarət;
Hesab qalıqlarının düzgünlüyünün yoxlanılması və uzlaşdırmaların aparılması;
Konsolidasiya prosesində iştirak və konsolidə edilmiş hesabatların hazırlanması;
Daxili və xarici audit proseslərində iştirak, auditor sorğularının cavablandırılması;
Birbaşa və dolayı xərclərin strukturunun təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Tələblər
Təhsil:
Maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
Təcrübə:
Minimum 5 il maliyyə sahəsində iş təcrübəsi;
İstehsal sektorunda təcrübə üstünlükdür;
Texniki biliklər:
IFRS bilikləri – mütləq;
SAP (FI, CO modulları) – üstünlük;
Yüksək səviyyədə Excel bilikləri;
Power BI ilə işləmə bacarığı;
Sertifikatlar:
ACCA, CPA, CFA və ya ekvivalent beynəlxalq sertifikatlar üstünlükdür;
Dil bilikləri:
Azərbaycan dili – ana dili;
İngilis və rus dili – arzuolunandır;
Şəxsi keyfiyyətlər:
Analitik düşünmə və hesabat hazırlama bacarığı;
Təqdimat bacarığı;
Yüksək məsuliyyətlilik;
Detallara diqqət;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


