Bitcoin"in yaradıcısı 60 milyard dollar itirdi

Bitcoin"in yaradıcısı 60 milyard dollar itirdi

Bitcoin"in anonim yaradıcısı kimi tanınan Satoşi Nakamotonun sərvəti aparıcı kriptovalyutanın məzənnəsinin kəskin düşməsi fonunda payızdan bəri 60 milyard dollardan çox azalıb.

Qezet.Az bu barədə RBC-ya istinadən xəbər verir.

Nakamoto ilə əlaqələndirilən kriptokisələrdə təxminən 1,1 milyon "Bitcoin" saxlanılır. "Arkham" analitik platformasının 6 fevral saat 17:00-a olan məlumatına görə, onların dəyəri 72,6 milyard dollar qiymətləndirilir. Ötən il oktyabrın 6-da isə bu aktivlərin dəyəri 135 milyard dollara çatmışdı.

Qeyd edək ki, fevralın 5-də "Bitcoin"in məzənnəsi 2024-cü ilin oktyabrından bəri ilk dəfə 60 min dollara qədər enmişdi.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 1
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0