Bu sürücülər 30 manat cərimələnir

Bu sürücülər 30 manat cərimələnir

Sürücülər səs siqnalından düzgün istifadə etmədikləri halda cərimələnə bilərlər.

Qezet.az-ın məlumatına görə, avtomobildə səs siqnalından yalnız müəyyən hallarda istifadə etməyə icazə verilir.

Belə ki, yaşayış məntəqələrində bu siqnaldan ancaq yol-nəqliyyat hadisəsinin qarşısını almaq, digər hərəkət iştirakçılarını təhlükə barədə xəbərdar etmək məqsədilə yararlanmaq olar. Yaşayış məntəqəsindən kənarda isə səs siqnalı əsasən ötmə niyyəti barədə digər sürücülərə xəbərdarlıq etmək və hərəkətin təhlükəsizliyini təmin etmək üçün istifadə edilə bilər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə görə, səs siqnalından əsassız və ya lüzumsuz istifadə edən şəxslər 30 manat məbləğində cərimə olunurlar.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0