Qarabağ"ın yeni transferi debüt etdi

Qarabağ"ın qış fasiləsində heyətinə qatdığı fransalı müdafiəçi Jeremi Qnali nəhayət ki, Azərbaycan çempionatında ilk oyununa çıxıb

Qarabağ"ın yeni transferi debüt etdi

Qezet.Az xəbər verir ki, 23 yaşlı futbolçunun debütü Misli Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən "Karvan-Yevlax"la matça (7:0) təsadüf edib.

Qurban Qurbanov yeni transferi qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil edib. Maraqlıdır ki, o, həm bu görüşdə, həm də bir müddət əvvəl Azərbaycan Kubokunda keçirilən "Şamaxı" ilə matçda (3:1) məhz Elvin Cəfərquliyevi əvəzləyib.

Kubokdakı ilk rəsmi oyununda 65-ci dəqiqədə meydana daxil olan Qnali, bu dəfə çempionatda demək olar ki, eyni dəqiqədə sol cinahı təcrübəli həmkarından təhvil alıb.

Xatırladaq ki, Kiprin AEK (Larnaka) klubundan transfer olunan sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0