Napoli yeni hücumçu transfer edib

Napoli  yeni hücumçu transfer edib

22 yaşlı hücumçu Jiovane "Verona"dan "Napoli"yə keçib.

Qezet.Az bu barədə "Napoli" klubunun rəsmi saytına istinadən xəbər verir.

Jiovane Braziliyanın "Korintians" klubunun yetirməsidir. O, keçən ilin yayında azad agent statusu ilə "Verona"ya keçmişdi.

Cari mövsümdə A Seriyasında keçirdiyi 23 oyunda 3 qol və 4 məhsuldar ötürmə edib.

Jiovanenin "Napoli" ilə müqaviləsinin müddəti uzadılma variantı ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 0
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0