Qarabağ" ÇL-in pley-offuna yüksəlməklə nə qədər qazandı? - MƏBLƏĞ
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya"nı (Şimali Makedoniya) mübarizədən kənarlaşdıran (1:0, 5:1) "Qarabağ"ın pley-offa yüksəldiyi üçün nə qədər pul qazandığı bəllidir.
Qezet.az Qezet.az-a istinadən xəbər verir ki, təmsilçimiz Avropa Liqasının (AL) əsas mərhələsində oynamaq hüququ əldə etdiyi üçün 4 milyon 310 min avro (təxminən 8 milyon 600 min manat) qazanıb.
Bundan başqa, Ağdam klubunun hesabına ÇL-in pley-offunda oynayacağına görə 4 milyon 290 min avro (8 milyon 500 min manat) köçürüləcək.
Bu isə o deməkdir ki, "Qarabağ" pley-offdakı rəqibi "Ferentsvaroş"u keçə bilməsə belə, artıq büdcəsinə 8 milyon 600 min avro (17 milyon manat) əlavə edib. Təmsilçimiz Macarıstan klubunun öhdəsindən gələrək ÇL-in Liqa mərhələsinə çıxsa, 18 milyon 620 min avro (36 milyon 800 min manat) qazanacaq.
Paylaş
Reaksiyanız necədir?
Bəyən
1
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


