Avropadan Rusiyaya növbəti ZƏRBƏ - Yeni sanksiyalar Moskvaya necə təsir edəcək?
Avropa İttifaqı (Aİ) Rusiya qazının idxalının mərhələli şəkildə tam qadağan olunmasına dair sənədi təsdiqləyib. Mayeləşdirilmiş qazın tədarükü 2027-ci ilin əvvəlindən, boru kəməri qazı isə 2027-ci il sentyabrın 30-dan etibarən dayandırılacaq.
Macarıstan və Slovakiya həmişəki kimi qərarın əleyhinə səs veriblər.
Bəs, iki ölkə tərəfindən veto qoyulubsa, qərar necə təsdiqlənib? Ümumiyyətlə, bu sanksiyalar işə düşsə, hər iki tərəfə ziyanları nə ola bilər? Həmçinin bu qadağalar müharibənin gedişinə necə təsir edəcək?
Mövzu ilə bağlı Qezet.Az-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Macarıstan və Slovakiyanın etirazına baxmayaraq qərarın qəbul edilməsinin əsas səbəbi Aİ Şurasında bu məsələ üzrə konsensus deyil, kvalifikasiya edilmiş çoxluq səsverməsi mexanizminin tətbiq olunması ilə bağlıdır:
ümumi təhlükəsizlik risklərindən daha ağır olmadığı qənaətindədir".
"Sanksiyaların iqtisadi təsirlərinə gəldikdə isə bu qərar hər iki tərəf üçün müəyyən risklər yaradır. Avropa İttifaqı üçün əsas problem qısamüddətli perspektivdə enerji bazarında qiymət dalğalanmaları və təchizat riskləridir. Rusiya qazının bazardan çıxması Aİ-ni daha bahalı LNG idxalına, yeni infrastruktur layihələrinə və alternativ tədarükçülərə yönəlməyə məcbur edir. Bu isə bəzi üzv ölkələrdə sənaye xərclərinin artmasına və sosial narazılıqlara yol aça bilər. Buna baxmayaraq, uzunmüddətli perspektiv baxımından Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığın azalması ilə strateji üstünlük qazanmağı hədəfləyir. Rusiya üçün isə bu qərarın təsiri daha çox ola bilər. Belə ki, Avropanın qaz bazarı uzun illər Rusiyanın əsas gəlir mənbələrindən biri olub. Bu bazarın itirilməsi Rusiyanın enerji ixracından əldə etdiyi valyuta gəlirlərini azaldacaq və dövlət büdcəsinə təzyiq göstərəcək. Asiya bazarlarına tədarükü artırmaq prinsipcə mümkün olsa da, mövcud infrastruktur və qiymət şərtləri Avropa bazarını tam əvəzləməyə imkan vermir" - deyə, politoloq vurğulayıb.
Onun sözlərinə görə, bu sanksiyalar Rusiya-Ukrayna müharibəsinin gedişinə dolayı, lakin əhəmiyyətli təsir göstərə bilər:
"Enerji gəlirlərinin azalması Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını istər-istəməz məhdudlaşdırır və siyasi təcridi dərinləşdirir. Bununla belə, sanksiyaların müharibəni qısa müddətdə dayandıracağı inandırıcı deyil. Bu qərar daha çox uzunmüddətli strateji zəiflətmə aləti kimi qiymətləndirilə bilər. Ümumiyyətlə isə Aİ-nin Rusiya qazı ilə bağlı qadağası Avropa-Rusiya münasibətlərində enerji dövrünün faktiki olaraq başa çatdığını göstərən simvolik və strateji bir addım kimi qiymətləndirilə bilər
Paylaş
Reaksiyanız necədir?
Bəyən
0
Bəyənməmək
0
Sevgi
0
Gülməli
0
Qəzəbli
0
Kədərli
0
Vay
0


