Ulduz Şokolad Fabriki" işçi axtarır - MAAŞ 1700 MANAT - VAKANSİYA

Ulduz Şokolad Fabriki" işçi axtarır - MAAŞ 1700 MANAT - VAKANSİYA

Ulduz Şokolad Fabriki

İxracat üzrə Mütəxəssis

Son tarix 03 apr 2026 - rana.suleymanova@veyseloglu.az

İş qrafiki: Həftənin 5 günü/ 08:00–17:00 / 08:30–17:30 / 09:00–18:00

Vəzifənin Məqsədi:

Şirkətin ixrac strategiyasının effektiv icrasını təmin etmək, xarici bazarlarda mövcudluğunu genişləndirmək, yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq və beynəlxalq satış həcminin davamlı artımına töhfə vermək.

Əsas Öhdəliklər:

Xarici bazarların sistemli və analitik əsaslarla araşdırılması

Potensial müştəri və distribyutorların müəyyənləşdirilməsi və qiymətləndirilməsi

Yeni müştərilərin cəlb edilməsi və aktiv satış prosesinin idarə olunması

Qiymət siyasəti, müqavilə şərtləri və logistika məsələləri üzrə kommersiya danışıqlarının aparılması

Kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması

Razılaşdırılmış sifarişlərin icrasına və çatdırılma prosesinə nəzarət

Xarici müştərilərlə uzunmüddətli və dayanıqlı əlaqələrin qurulması

İxrac göstəricilərinin təhlili və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi

Namizədə Tələblər:

Ali təhsil

Rus dili və ya Ərəb dili – yüksək səviyyədə (yazılı və şifahi)

İxrac və ya beynəlxalq satış sahəsində minimum 2 il iş təcrübəsi

Güclü satış və danışıqlar aparmaq bacarığı

Analitik düşünmə və bazar təhlili qabiliyyəti

Korporativ yazışma və işgüzar ünsiyyət bacarığı

Nəticəyönümlülük və yüksək məsuliyyətlilik

MS Office proqramlarında sərbəst işləmək bacarığı

Namizədə Təklif Olunur:

Sabit əməkhaqqı: 1698.29 AZN (Gross)

Aylıq KPİ bonusu: Performansa əsaslanan, bazarda rəqabətqabiliyyətli bonus sistemi.

Nahar ödənişi

Nəqliyyat servisi

İl ərzində sahə üzrə peşəkar təlimlərdə iştirak imkanı

Udemy platformasından istifadə imkanı

Vacib Qeyd: Bu vəzifə üzrə aktiv satış təcrübəsinə malik, hədəf və nəticə ilə işləməyi bacaran, yeni müştəri qazanmaqda real uğur göstəriciləri olan namizədlərin müraciəti gözlənilir. Satış yönümlü düşüncə tərzi, təşəbbüskarlıq və kommersiya danışıqlarını effektiv idarə etmək bacarığı əsas seçim meyarıdır.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 1
Bəyənməmək Bəyənməmək 1
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0