Tikinti materialları bahalaşdı - bazar göstəriciləri AÇIQLANDI

Tikinti materialları bazarında pərakəndə satış qiymətlərində artım müşahidə olunur

Tikinti materialları bahalaşdı - bazar göstəriciləri AÇIQLANDI

Bunu Qezet.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə topdansatış qiymətlərində ciddi dəyişiklik olmasa da, logistika xərci tələb edən bəzi materiallarda artım qeydə alınıb.

"Yerli istehsal məhsullarında isə qiymətlər sabit qalıb. Pərakəndə satışda sement, taxta və armatur qiymətlərində təxminən 10 faiz artım baş verib. Bəzi satış məntəqələrində sementin bir kisəsi 9 manatadək yüksəlib ki, bu da ötən illə müqayisədə təxminən 20 faiz artım deməkdir".

Sədr bildirib ki, hər il mart ayından etibarən tikinti mövsümünün başlaması ilə qiymətlərdə artım tendensiyası müşahidə edilir.

Paylaş

Reaksiyanız necədir?

Bəyən Bəyən 1
Bəyənməmək Bəyənməmək 0
Sevgi Sevgi 0
Gülməli Gülməli 0
Qəzəbli Qəzəbli 0
Kədərli Kədərli 0
Vay Vay 0